Polis Zirə qəsəbəsində əməliyyat keçirdi: Qəmər Adaları vətəndaşı TUTULDU - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində adı “Qırmızı kitab”a düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, xidməti ərazidə keçirilən tədbir zamanı Qəmər Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar.

Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı kitab”a düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.

Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında qaydaları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

End of content

No more pages to load

RADİO