"Basqalı" rəqsi və "Bu qala, daşlı qala" mahnısının "erməni şalaxosu" kimi təqdim edilib - ETİRAZ

“Basqalı” Azərbaycan rəqsi və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısının hüquqları Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulub.

Bizim.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən il noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.

Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.
 

Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:


“Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər”.
 

Vurğulanıb ki, “Rustavi” telekanalında "Bu qala daşlı qala" adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:


“Yuxarıda göstərilən faktlar eyni zamandaÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir”.

Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “SAKPATENTİ”nin rəhbərliyinə məktub göndərib.

“Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib.

Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

End of content

No more pages to load

RADİO