"Oktyabrın 26-dan noyabrın 5-dək olan dövrdə, ehtimal ki, "Zəngəzur dəhlizi"ni açmağa çalışacaqlar".
Bizim.Media "Verelq" saytına istinadən xəbər verir ki, bunu özünün Facebook səhifəsində erməni politoloq Alen Gevondyan yazıb.
Onun sözlərinə görə, prosesə etiraz etmək üçün Ermənistanın heç bir diplomatik resursu yoxdur:
"Xatırladaq ki, Zəngəzurun (Sünik) Ermənistan üçün geosiyasi əhəmiyyəti var. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək".
Bizim.Media