Gürcüstandan olan azərbaycanlı səyahətçilərin daha bir qrupu Şuşa şəhərinə gəliblər.
Bizim.Media xəbər verir ki, qonaqlar şəhərini gəziblər. Onlara Şuşanın tarixi yerləri və burada aparılan tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Şuşa ekskursiyasından sonra onlar Ağdam şəhərinə gedəcəklər.
Qeyd edək ki, sözü gedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altı günlük nəzərdə tutulub və ilk qrupun səfəri başa çatıb, onlar öncə Şuşa şəhərində, daha sonra isə Xankəndi və Ağdamda olublar.
Bizim.Media