30 ilə yaxın davam edən işğal dönəmində Ermənistan Azərbaycanın bir sıra rayon və kəndlərində misli görülməmiş vandallıq aktları törədib.
Bizim.Media xəbər verir ki, erməni vəhşiliyinin qurbanı olmuş yaşayış məntəqələrimizdən biri də Zəngilan şəhəridir.
Qeyd edək ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatların məntiqi nəticəsi olaraq Zəngilan şəhəri oktyabrın 21-də işğaldan azad olunub.
Bizim.Media