Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.
Mərhumun oğlu Rəşad İbrahimov Bizim.Media-ya verdiyi açıqlamada atasının infarkt keçirərək, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini bildirib.
Əldə etdiyimiz məlumata görə, Ağakərim İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.
Sabutay, Bizim.Media, Cənub bürosu