Amerikalı professor: “USAİD-in rəhbəri saxta erməni soyqırımındansa Xocalıdakı faciəyə baxsın” – EKSKLÜZİV

“ABŞ-da yüksək səviyyədə təşkilatlanmış erməni lobbi qrupları, tarixi siyasiləşdirmək və yenidən yazmaq məqsədilə öz kampaniyalarını davam etdirir. Onlar ABŞ Konqresinə təzyiq göstərərək, Qarabağ məsələsində Azərbaycana qarşı sanksiyaların nəzərdən keçirilməsini tələb edirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Tennessi Texnologiya Universitetində siyasi elmlər professoru və Qarabağ münaqişəsi ilə bağlı bir neçə kitabın həmmüəllifi olan Maykl Gunter deyib.

ABŞ-Azərbaycan münasibətlərini şərh edən professor, Vaşinqtonun Bakıya qərəzli münasibətinin arxasında Qərbin ikiüzlü siyasətinin olduğunu bildirib:

“Demokratlar Partiyasının nümayəndələri olan Frank Pallone (Nyu-Cersi), Jim Kosta və Brad Şerman (Kaliforniya) kimi konqresmenlərin başçılığı altında təxminən 60 konqresmen ABŞ Dövlət Departamentinə və USAID agentliyinin rəhbəri Samantha Pauerə Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qərəzli və balanssız məktub göndəriblər. Demokratlar Partiyası aktiv erməni-amerikalı seçicilərə müraciət edərək, bu addımın 5 noyabr 2024-cü ildə keçiriləcək yaxın ABŞ prezident seçkilərində qələbə qazanmağa kömək edəcəyini düşünür”, - deyə M.Gunter deyib.

Gunter hesab edir ki, erməni lobbisinin konqres qarşısındakı tələbləri ABŞ-ın nüfuzunu aşağı salır.

“Erməni lobbi qruplarının təklif etdiyi bu qərəzli sanksiyalar Azərbaycana hərbi yardımların dayandırılmasını, Ermənistana təhlükəsizlik və humanitar yardım göstərilməsini, müharibə əsirlərinin və keçmiş Qarabağda fəaliyyət göstərən erməni hökumət nümayəndələrinin azad olunmasını, habelə Ermənistanın ərazi suverenliyinin qorunmasını tələb edir.

Ermənilər həmçinin 1992-ci ildə qəbul edilmiş Azadlıq Dəstəyi Aktının (Freedom Support Act) 907-ci bölməsinin qüvvəyə minməsini tələb edirlər. Bu qanun əslində keçmiş Sovet respublikalarına dəstək məqsədilə nəzərdə tutulmuşdu, lakin erməni lobbiçilərinin təzyiqləri ilə Qarabağda erməni təcavüzkarlarına dəstək olmaq üçün istifadə olunmuşdu”, - deyə M.Gunter qeyd edib.

Professor qeyd edib ki, ABŞ-ın Əfqanıstanda olduğu zaman Azərbaycana ciddi ehtiyacı var idi.

“Elə bu səbəbdən də, 907-ci maddə tez-tez ləğv edilirdi. Bu qanun Azərbaycanın Ermənistana tətbiq etdiyi embarqonu ləğv etmədiyi müddətcə ABŞ-ın Azərbaycana yardımlarını məhdudlaşdırırdı. Yalnız ABŞ-ın Əfqanıstandakı qoşunlarına yardım göndərmək üçün Azərbaycan ərazisindən istifadə etməyə ehtiyac duyulduqda, 907-ci bölmə müvəqqəti olaraq ləğv olundu, çünki bu qanun ABŞ-ın milli maraqlarına zidd idi”.

USAİD rəhbərliyi Azərbaycan və Türkiyəyə qarşı addımlarına davam edir...

“USAİD rəhbəri Samantha Pauerin isə Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyi açıq-aydın ortadadır. Onun yazdığı "A Problem from Hell" adlı kitabının birinci fəslində Osmanlı dövründə ermənilərin "soyqırım" qurbanı olduğunu iddia edilir. Lakin 1992-ci ildə Xocalıda baş vermiş qətliamı və digər faktları qeyd etmir.

Pauer Azərbaycanın Qarabağda suverenliyini bərpa etmək üçün həyata keçirdiyi qanuni addımlara qarşı sanksiyalar tətbiq olunmasını dəstəkləyən təkliflərdə də ermənilərin daha əvvəl azərbaycanlıları öz doğma yurdlarından qovmasını da diqqətdən yayındırır. Düşünürəm ki, ABŞ-ın Azərbaycanın beynəlxalq arenadakı rolunu qəbul etməsi və gələcəkdə daha balanslı siyasət yürütməsi faydalı olardı”, - deyə amerikalı professor əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir evdən 6 uşaq məktəbə GETDİ

Bir evdən 6 uşaq məktəbə GETDİ

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Balakəndə kəndin körpüsünü sel dağıtdı – FOTO

Balakəndə kəndin körpüsünü sel dağıtdı – FOTO

Bu BÜRCLƏR üçün payız əsl nağıl kimi olacaq

Bu BÜRCLƏR üçün payız əsl nağıl kimi olacaq

Qohumunun evindən pul oğurladı – ÖZÜNƏ AVTOMOBİL ALDI - FOTO

Qohumunun evindən pul oğurladı – ÖZÜNƏ AVTOMOBİL ALDI - FOTO

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Dərman xərclərimiz niyə kəskin artır?

Dərman xərclərimiz niyə kəskin artır?

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

End of content

No more pages to load

RADİO