Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xaçaturyan “Armenpress” agentliyinə məlumat verib.
"Çox qısa söhbətimiz oldu... Yenə də eyni mövzu - dinc həyat, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması haqqında danışdıq”, - Xaçaturyan bildirib.
Onun sözlərinə görə, hamı anlayır ki, Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur.
Bizim.Media