"Qayıdış üçün dövlətin atacağı bütün addımlarda fəal iştirak edəcəyik" - BƏYANAT

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını etmiş və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda deyillir:

“Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.

1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf edirdi.

Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olmuşdur. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdır. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıtmışdır.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmamış, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görmüşdür.

Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.

Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.

Biz, Qərbi Azərbaycan İcması olaraq, cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə, və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik.

Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük; necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq.

Aşıq Ələsgərin və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq.

Prezidentin çıxışını yekunlaşdırdığı sözlər, bizim qayıdışımızın carçısı olan tarixi ifadələrdir:

"Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."

Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Ukraynada ölən azərbaycanlı tələbənin meyiti bu gecə Azarbaycana gətiriləcək

Ukraynada ölən azərbaycanlı tələbənin meyiti bu gecə Azarbaycana gətiriləcək

Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"

Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"

Dəməşqdə kafedə partlayış: 6 nəfər ölüb, 22 yaralı var - VİDEO

Dəməşqdə kafedə partlayış: 6 nəfər ölüb, 22 yaralı var - VİDEO

“Qarabağ” latviyalı müdafiəçi ilə razılığa gəldi

“Qarabağ” latviyalı müdafiəçi ilə razılığa gəldi

ABŞ neft ehtiyatlarında ciddi problem YARANDI

ABŞ neft ehtiyatlarında ciddi problem YARANDI

Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO

Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO

“Tottenhem”dən 100 milyonluq transfer

“Tottenhem”dən 100 milyonluq transfer

Daşkəsəndə yeniyetməni ağır şəkildə döydülər

Daşkəsəndə yeniyetməni ağır şəkildə döydülər

“Napoli” “Beşiktaş”dan 10 milyon istəyir

“Napoli” “Beşiktaş”dan 10 milyon istəyir

Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı YANDIRDI

Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı YANDIRDI

Ursula fon der Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

Ursula fon der Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

SSRİ-də edam edilən SONUNCU QADIN – Bir “Volqa” üçün 13 nəfəri necə qətlə yetirdi?

SSRİ-də edam edilən SONUNCU QADIN – Bir “Volqa” üçün 13 nəfəri necə qətlə yetirdi?

End of content

No more pages to load

RADİO