Tanışını qətlə yetirən şəxsin ETİRAFI – “Əvvəlcə o məni bıçaqladı, sonra isə...”

Bakıda tanışını öldürməkdə təqsirləndirilən İmanverdi Quluzadə və Şahin Əhmədovun məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi dinlənilib.

Cinayət işində şahid qismində dindirilən Mahir Ağayev bildirib ki, hadisə axşamı küçədən qışqırıq səsi gəlib və o, dərhal çölə çıxıb: 

"Mən hadisə vaxtı qışqıran qadın səsi eşitdim. Bayıra çıxdım. Gördüm ki, öldürülən oğlan (Bəkir Qənbərov - red.) bizim qapını açıb həyətə daxil oldu. Təlaşlı idi. Sonra arxasınca o oğlan (İmanverdi Quluzadə - red.) zorla qapını açdı və daxil oldu. Əlindəki bıçaqla vəfat edən şəxsin kürəyindən vurdu. Sonra qaranlıqda gözdən itdi. Səsini eşitdiyim hicablı qadın isə bayırda dayanmışdı. Ondan soruşanda bildirdi ki, bıçaqlayan şəxs onun əridir. Ölən şəxslə də münasibəti varmış". 

O, əlavə edib ki, qaranlıq olduğu və işıqlar söndüyü üçün hər iki şəxsi detallı görə bilməyib:

"Mən nə öldürülən şəxsin, nə də öldürənin üzərində münaqişə ilə bağlı izlər görə bilmədim. Çünki hava qaralmışdı və işıqlar da sönmüşdü. Sadəcə hadisənin necə baş verdiyini və ölən şəxsin yola çıxanda yıxıldığını gördüm. Daha sonra 102 xidmətinə zəng etdim". 

Ölən şəxsin anası həmin hicablı qadının adının Səbinə olduğunu deyib. Bildirib ki, qucağında da körpəsi olub. Lakin, körpəni evdə qoyublar və daha sonra mübahisə başlayıb.

Təqsirləndirilən şəxs isə ifadədə yanlışlıqlar olduğunu bildirirək etiraz edib. O, iddia edib ki, birinci zərərçəkmiş şəxs onu vurub: 

"Vəfat edən şəxs qoluma üç bıçaq zərbəsi vurdu. Mən də bıçaq çıxartdım və bildirdim ki, istədiyi budursa belə vuruşa bilərik. O, şahidin həyətinə qaçdı. Bu zaman şahid dedi ki, "balaca uşaq var, çıxın çölə". Mən də onu tutub çölə çıxarmağa çalışdım. Bu zaman hadisə baş verib".

Məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Orxan Səmədov çıxış üçün vaxt istəyib. Bu səbəbə görə iclas 14 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki evlərdən birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmanverdi Quluzadə və 1998-ci il təvəllüdlü Bəkir Qənbərov arasında mübahisə yaranıb. Mübahisə zamanı bıçaq xəsarətləri alan Bəkir Qənbərov ölüb. Ş.Əhmədov və İ.Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Maurinyo “Real”la anlaşdı

Maurinyo “Real”la anlaşdı

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

End of content

No more pages to load

RADİO