Rəisinin ölümü ilə bağlı SENSASİON İDDİA – Sabiq prezident də peycer hücumunun qurbanı olub?

Xəbər verdiyimiz kimi, sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfər isə ağır yaralanıb. Livanın səhiyyə naziri Firas Abyad qeyd edib ki, partlayışların ikinci dalğası zamanı xəsarət alanların sayı 708-ə çatıb.

Baş vermiş terror hadisəsindən sonra Livanın Mülki Aviasiyasının baş direktoru elektron cihazların partladılmasından sonra sərnişinlərin təyyarələrə peycer və radio aparatları gətirməsini qadağan edən yeni göstəriş verib.

Ötən günsə daha bir maraqlı və sensasion məlumat yayılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın keçmiş prezidenti peycer partlayışından həlak olub? - İDDİA/FOTO


İranın helikopter qəzasında dünyasını dəyişən keçmiş prezidenti İbrahim Rəisinin peycer partlayışı nəticəsində həlak olduğuna dair iddialar ortaya çıxıb. 

Belə ki, mediada Rəisinin yanında peycer olan görüntüləri yayılıb. İddia edilib ki, görüntü 2022-ci ildə Pakistan xarici işlər naziri ilə görüş zamanı lentə alınıb.

Bu iddialar nə dərəcədə reallığa uyğundur?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Livanda peycerlərin kütləvi partlayışından sonra dünyada müxtəlif müzakirələr başlayıb:

“Həmin müzakirələrdən də biri odur ki, guya İbrahim Rəisinin ölümündə peycerin rolu olub. Çünki Rəisinin peycerdən istifadə etdiyi fotoları da yayılıb. Nəzəri baxımdan bu mümkündür. Amma faktlar onu göstərir ki, sabiq prezidentin faciəli ölümü daha çox hava şəraiti və onun mindiyi helikopterin müasir tələblərə cavab verməməsi ilə bağlıdır. Yayılan videogörüntülərdən də aydın görürük ki, dumanlı havada helikopter çox aşağı hündürlükdə uçurmuş və dağa yaxınlaşanda yuxarıya qalxmağa cəhd edərkən pilotun uğursuz cəhdi bu dəhşətli faciəyə səbəb olub. Nəticədə, dağ yamacına çırpılan helikopter parçalara bölünüb”.

Müsahibimiz bu cür iddiaların ortaya çıxmasını onunla bağlayır ki, ölkə başçısının son durumu ilə bağlı 10 saatdan artıq heç bir məlumat verilmədi:
 

“Bu ola bilsin ki, təhlükəsizlik baxımından edilmişdi. Çünki İran beynəlxalq sanksiyalar altındadır. Belə vəziyyətdə də bəzi dövlətlərin İrana qarşı açıq və gizli təhdidləri var. Ona görə də qəza barədə məlumatlar çox ləng verildi. 


Bu da təbii ki, müxtəlif şayiələrə yol açdı. Peycer ehtimalı da bu şayiələrdən qaynaqlanır. Amma İbrahim Rəisinin ölümü ilə peycerin arasında heç bir əlaqə yoxdur. Nəzəri baxımdan heç nə istisna edilmir. Lakin bir peycerin helikopteri partladacağı ehtimalı praktik baxımdan mümkün deyil. Belə olsa idi, helikopter qəzaya uğramazdı. Ona görə də Livandakı peycer terroru ilə İbrahim Rəisinin ölümü arasında hər hansı bir əlaqə görmürəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

End of content

No more pages to load

RADİO