15 yaşlı qızı hotelə aparan şəxs həbs edildi, qeydiyyatçı işdən ÇIXARILDI

Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan gənc həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən 25 yaşlı S.Quliyevə hökm oxunub. Məhkəmənin 6 sentyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca qandallanıb. 

Araşdırmalar zamanı məlum olub ki, S.Quliyev sosial şəbəkələrdən birində Gəncə şəhər sakini olan 15 yaşlı Aytac Səlimova (şərti ad-soyadlı) ilə tanış olub.

Bakı şəhərində yaşayan oğlan bir dəfə Gəncəyə gedərək orada 9-cu sinif şagirdi olan qızla görüşüb. Bir neçə gün sonra isə Aytac S.Quliyevə zəng edərək Bakıda nənəsigildə olduğunu, evdə anası tərəfindən sıxıldığını və qaçmaq istədiyini deyib. 

O, Aytacın olduğu yerə gedərək onu götürüb və paytaxtın mərkəzində “Tarqovıy” adlanan əraziyə gətirib. Burada o, yetkinlik yaşına çatmamış qızla hotellərdən birinə daxil olaraq nömrə icarəyə götürüb. 

Bundan sonra S.Quliyevlə Aytac bulvara gediblər və oğlan orada qızı tərk edib. Tək qalan qız daha sonra bacısı ilə əlaqə saxlayaraq yerini bildirib. Ailəsinin yanına qayıtdıqdan sonra S.Quliyevin ona qarşı etdikləri barədə danışıb və polisə şikayət ərizəsi ilə müraciət edilib. 

Cinayət işi açıldıqdan sonra hoteldə araşdırma aparılıb və kamera görüntüləri əldə edilib. Yetkinlik yaşına çatmayan qızı qeydiyyatsız hotelə buraxan qeydiyyatçı R.Ə.-nin əmək müqaviləsinə xitam verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya və müavinət alanların NƏZƏRİNƏ

Pensiya və müavinət alanların NƏZƏRİNƏ

Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

Bu şəxslər hərbi xidmətə aparılmır

Bu şəxslər hərbi xidmətə aparılmır

ABŞ-ın İranın HHM sistemlərini vurma anı – VİDEO

ABŞ-ın İranın HHM sistemlərini vurma anı – VİDEO

Zaxarovadan İrəvana sərt ittiham: "Seçkilərdə müxalifətə görünməmiş təzyiqlər edilib"

Zaxarovadan İrəvana sərt ittiham: "Seçkilərdə müxalifətə görünməmiş təzyiqlər edilib"

Azərbaycan XİN-dən Portuqaliyaya TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Portuqaliyaya TƏBRİK - FOTO

Səhrada 350 min Volkswagen və Audi qəbiristanı: Avtomobillər ora niyə atılıblar? – FOTO

Səhrada 350 min Volkswagen və Audi qəbiristanı: Avtomobillər ora niyə atılıblar? – FOTO

Maskın pulları siyasəti satın alır - Milyarderin qorxunc gücü

Maskın pulları siyasəti satın alır - Milyarderin qorxunc gücü

Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı

Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı

“Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR

“Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR

Trampın Kuba planı: Xarici şirkətlər adanı tərk edir, yerlərini ABŞ nəhəngləri tutacaq

Trampın Kuba planı: Xarici şirkətlər adanı tərk edir, yerlərini ABŞ nəhəngləri tutacaq

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Qurmanların diqqətinə: Dünyanın ən dadlı və münasib qiymətli yeməkləri olan 20 şəhəri

Qurmanların diqqətinə: Dünyanın ən dadlı və münasib qiymətli yeməkləri olan 20 şəhəri

Yeni trend: Milyarderlər bu modellərə minlərlə dollar ödəyir

Yeni trend: Milyarderlər bu modellərə minlərlə dollar ödəyir

Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

“Virusa nəzarət edə bilmirik” - ÜST-dən xəbərdarlıq

“Virusa nəzarət edə bilmirik” - ÜST-dən xəbərdarlıq

Trampın Ağ Evə dönüşü ailəsinə milyardlar qazandırdı

Trampın Ağ Evə dönüşü ailəsinə milyardlar qazandırdı

Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürdü – YENİ DETALLAR

Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürdü – YENİ DETALLAR

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

Evdə hazırlanan qidalar market rəflərində - Hansı riskləri VAR?

Evdə hazırlanan qidalar market rəflərində - Hansı riskləri VAR?

Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq

Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq

End of content

No more pages to load

RADİO