ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələr endirib.
Bizim.Media xəbər verir ki, komandanlıq bu barədə "X" sosial şəbəkəsindəki açıqlamasında bildirib.
"CENTCOM qüvvələri dünən ABŞ Ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə İrana özünümüdafiə məqsədilə zərbələri başa çatdırıblar", - bəyanatda deyilir.
CENTCOM-un məlumatına görə, zərbələr Hörmüz boğazında İran radarlarını, hava hücumundan müdafiə sistemlərini və yerüstü idarəetmə qurğularını hədəf alıb.
Həmçinin qeyd edilib ki, zərbələr ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin dəqiq idarə olunan sursatları və qırıcı təyyarələri ilə həyata keçirilib.
Qeyd edək ki, İran bu hücumlara cavab olaraq, ABŞ-ın Bəhreyn, İordaniya və Küveytdəki ABŞ bazalarına zərbələr endirib.
Bizim.Media