Bu əməliyyat xərçəng riskini AZALDIR

Cərrahi prosedur sayılan sirkumsiziya (sünnət) əməliyyatı cinsiyyət orqanının (pülüyün) üzərində və onu əhatələyən dəridən bir hissəsinin kəsilib çıxarılmasıdır. Prosedur icbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, sünnət üçün əsas tibbi göstərişlərə fimoz (pülük dərisinin daralması), parafimoz (pülük dərisinin sıxılması) və balanopostit kimi tez-tez rast gəlinən iltihabi xəstəliklər daxildir. Sünnət həmçinin sidik yollarının infeksiyalarının, o cümlədən insan immunçatışmazlığı virusu (HİV) və cinsiyyət orqanı xərçənginin riskini azaltmaq üçün profilaktik tədbir kimi həyata keçirilə bilər. 

Əməliyyat xəstənin yaşına və ümumi sağlamlıq vəziyyətinə görə yerli və ya ümumi anesteziya (sedasiya) altında həyata keçirilir.

Prosedur təxminən 30 dəqiqə davam edir və əksər hallarda xəstə həmin gün evə buraxıla bilər. Vurğulayaq ki, prosedur zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır. 

Sünnət olunmazdan əvvəl bir sıra tibbi müayinələrdən keçmək lazımdır. Ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ixtisaslı həkim müayinəsi, əlavə olaraq qanın ümumi və bəzi infeksion xəstəliklərin analizi, koaquloqramma (qanın laxtalanması) yoxlanılır. Onu da bildirək ki, qeyd edilən əməliyyat önü müayinə, laborator analizlər, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır. 

Məlumat üçün bildirək ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub. 

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

Bu şəxslər hərbi xidmətə aparılmır

Bu şəxslər hərbi xidmətə aparılmır

ABŞ-ın İranın HHM sistemlərini vurma anı – VİDEO

ABŞ-ın İranın HHM sistemlərini vurma anı – VİDEO

Zaxarovadan İrəvana sərt ittiham: "Seçkilərdə müxalifətə görünməmiş təzyiqlər edilib"

Zaxarovadan İrəvana sərt ittiham: "Seçkilərdə müxalifətə görünməmiş təzyiqlər edilib"

Azərbaycan XİN-dən Portuqaliyaya TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Portuqaliyaya TƏBRİK - FOTO

Səhrada 350 min Volkswagen və Audi qəbiristanı: Avtomobillər ora niyə atılıblar? – FOTO

Səhrada 350 min Volkswagen və Audi qəbiristanı: Avtomobillər ora niyə atılıblar? – FOTO

Maskın pulları siyasəti satın alır - Milyarderin qorxunc gücü

Maskın pulları siyasəti satın alır - Milyarderin qorxunc gücü

Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı

Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı

“Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR

“Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR

Trampın Kuba planı: Xarici şirkətlər adanı tərk edir, yerlərini ABŞ nəhəngləri tutacaq

Trampın Kuba planı: Xarici şirkətlər adanı tərk edir, yerlərini ABŞ nəhəngləri tutacaq

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Qurmanların diqqətinə: Dünyanın ən dadlı və münasib qiymətli yeməkləri olan 20 şəhəri

Qurmanların diqqətinə: Dünyanın ən dadlı və münasib qiymətli yeməkləri olan 20 şəhəri

Yeni trend: Milyarderlər bu modellərə minlərlə dollar ödəyir

Yeni trend: Milyarderlər bu modellərə minlərlə dollar ödəyir

Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

“Virusa nəzarət edə bilmirik” - ÜST-dən xəbərdarlıq

“Virusa nəzarət edə bilmirik” - ÜST-dən xəbərdarlıq

Trampın Ağ Evə dönüşü ailəsinə milyardlar qazandırdı

Trampın Ağ Evə dönüşü ailəsinə milyardlar qazandırdı

Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürdü – YENİ DETALLAR

Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürdü – YENİ DETALLAR

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

Evdə hazırlanan qidalar market rəflərində - Hansı riskləri VAR?

Evdə hazırlanan qidalar market rəflərində - Hansı riskləri VAR?

Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq

Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq

Keçmiş nazir kuryer işləyir - Video

Keçmiş nazir kuryer işləyir - Video

End of content

No more pages to load

RADİO