Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.
1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyevin idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı beton maneələrə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, sürücü yuxulu olub.
Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu