Ceyhun Bayramov serbiyalı həmkarını postmünaqişə dövründə bölgədəki vəziyyət barədə MƏLUMATLANDIRDI

2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
 

Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat və kommunikasiyalar, humanitar və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.


Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi dialoq və parlamentlərarası əlaqələrin dinamizminin mühüm rol oynadığını qeyd edib.

Ali səviyyəli təmaslar çərçivəsində əsası qoyulmuş Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının yaradılmasının əhəmiyyəti vurğulanıb.

Strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.

Ölkələrimizin nümunəvi ikitərəfli münasibətlər dinamikasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdə özünü biruzə verdiyi məmnunluqla qeyd edilib.
 

Xüsusilə, energetika, investisiyalar və s. istiqamətlər üzrə sahəvi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinin intensivliyi təqdirəlayiq hesab olunub. 


Humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrinin inkişaf etdirilməsi, habelə ölkələrimiz arasında vizasız gediş-gəliş rejiminin tətbiqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verdiyi qeyd olunub. Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşması təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı bildirilib.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi barədə ətraflı məlumatlandırıb. Serbiya şirkətləri və sərmayədarları Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma fəaliyyətlərində aktiv iştirak etməyə dəvət olunublar.

Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edən nazir Ceyhun Bayramov, xüsusilə delimitasiya prosesində əldə olunan irəliləyişlər daxil olmaqla, sülh gündəliyinin irəlilədilməsi istiqamətində inkişafların mövcud olduğunu, lakin buna baxmayaraq, Ermənistan Konstitusiyası daxil olmaqla, bu ölkənin bir sıra qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, digər tərəfdən isə Ermənistanın sürətlə silahlanmasının sülh prosesinə maneə törətdiyini diqqətə çatdırıb.
 

Nazir Marko Curiç ölkəmizi ötən gün baş tutan parlament seçkilərinin şəffaf, azad və demokratik formada təşkili münasibətilə təbriklərini çatdırıb, seçki prosesinin nəticələrinin Azərbaycan parlamenti üçün uğurlu olacağına dair ümidvarlıq ifadə edib.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra ADA Universiteti və Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

Daha sonra, nazirlər görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında bəyanatla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Kürdəmirdəki yanğın söndürüldü

Kürdəmirdəki yanğın söndürüldü

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

TikTok paylaşımından 12 gün sonra öldürüldü

TikTok paylaşımından 12 gün sonra öldürüldü

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır

Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır

End of content

No more pages to load

RADİO