“Rusiya hökumətinin “Telegram” messenceri ilə bağlı sualları olub, lakin heç kim onun təsisçisi Pavel Durovu həbs etməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində Durovun Parisdə həbsinə dair suala şərhində deyib.
“Bəli, həqiqətən terrorçular teleqramdan istifadə edir, amma terrorçular avtomobillərdən də istifadə edirlər. Bəs niyə onda “Renault” və “Citroen” şirkətlərinin baş direktorları həbs olunmur?!”, - deyə Peskov bildirib.
Bizim.Media