“Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun məqsədlərini mühakimə etmək çətindir. Onu təşkil edən Qərb rəsmilərinin “çox mükəmməl çalışan” beyinləri var”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkənin RT televiziyasına müsahibəsində Kursk sərhəd bölgəsindəki vəziyyəti şərh edərkən bildirib.
Lavrov vurğulayıb ki, Zelenski bəzən etiraf edir ki, Kiyevə sonradan əsir və ərazi mübadiləsi üçün işğal lazımdır:
“Olduqca sadə düşüncəli, sadəlövh. Biz ərazimizi heç kimlə müzakirə etmirik və ərazimizlə bağlı danışıqlar aparmırıq”.
Bizim.Media