Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə Pavel Durova “Telegram”ın qərargahını Parisə köçürməyi təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Wall Street Journal” nəşri yayıb.
Mənbə qeyd edir ki, messencerin təsisçisi bundan imtina edib.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Parisin “Le Burje” hava limanında saxlanılıb.
Fransa mətbuatının yazdığına görə, onu 20 ilə qədər həbs cəzası gözləyir. Durovun saxlanması bir çox ölkələrdə geniş ictimai qınaqlara səbəb olub.
Bizim.Media