Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərində uçan körpü yenidən tikiləcək.

Bizim.Media xəbər verir ki, təxminən 6 minə yaxın sakinin istifadə etdiyi körpü qəzalı vəziyyətə düşdükdən sonra Sarxanbəyli kəndi ilə yanaşı, bir neçə yaşayış məntəqəsi iflic vəziyyətə düşüb.

Sakinlər avtomobillərini kollektorun bir sahilində saxlayır, digər tərəfə piyada keçməyə və ya taksi çağırmağa məcbur olurlar.

Onların sözlərinə görə, körpü uçulduqdan sonra uzun məsafə qət etmək, eləcə də vaxt baxımından böyük çətinliklər yaranıb.
 
Məlumata görə, körpü Aşağı Muğan Meliorasiya İdarəsinin balansında olub və 50 ildən artıq ki, istismar edilirdi. 2020-ci ildə qəzalı vəziyyətə düşdüyü üçün 2 tonluq nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirdi. Xəbərdarlıqlara baxmayaraq, ağır tonnajlı texnikanın körpüdən keçməsi sonda uçquna səbəb olub.

Ötən ilin sonlarında körpü tamamilə uçaraq yararsız hala düşüb. Hazırda körpünün yaxınlığında alternativ yolun çəkilişinə hazırlıq görülür.

Aşağı Muğan Meliorasiya İdarəsindən bildirilib ki, yeni körpünün tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aktlar tərtib olunub, smeta-layihə sənədləri hazırlanıb. Planlaşdırılıb ki, 2026-cı ildə yeni körpü tikilərək sakinlərin istifadəsinə verilsin. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kambocanın Baş naziri Azərbaycana gəldi

Kambocanın Baş naziri Azərbaycana gəldi

Berlində Dünya Səhiyyə Sammiti işə başladı - FOTO

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma - FOTO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Polşada Baş nazir və müdafiə nazirini öldürmək istəyiblər?

Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirdi

Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - FOTO

Bred Pitt Alyaskada sağ qalmaq uğrunda mübarizə apardı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan boksçusu Avropa çempionu oldu

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Biləsuvarda ağır qəza: ÖLƏN VAR

Biləsuvarda ağır qəza: ÖLƏN VAR

Türkiyədə xaricdən gətirilən elektrik avtomobilləri bu əraziyə BURAXILMIR

Naxçıvanın Əməkdar jurnalisti vəfat etdi

Yunanıstanda miqrantlar üçün saxta sənədlər hazırlayan şəxs saxlanıldı

Əraqçı: “Müharibələr zamanı təbiəti məhv edənlər məsuliyyətə cəlb edilməlidir”

Roma Papası əməliyyat olunacaq - Möminlərdən onun üçün dua etmələrini xahiş etdi

Türkiyəli reper Asya Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Rəqibin saçını çəkdi, meydandan qovuldu - VİDEO

Azərbaycana qarşı saxta xəbərlər yayan "Telegram" kanalının təsisçisi Monteneqrodan deport edildi

Qadın kruiz gəmisindən dənizə düşdü - Bir sutkadan sonra xilas edildi

Azərbaycanda evini əxlaqsızlıq yuvasına çevirən qadın SAXLANILDI

Bakıda avtomobillər toqquşdu: BYD aşdı - VİDEO

Trampdan TƏKLİF: “Atlantik və ya Sakit okeanı "Tramp okeanı" adlandırılsın!”

End of content

No more pages to load

RADİO