Türkiyə-Azərbaycan Universitetində 87 tələbə təhsil alacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda fəaliyyəti qurulan Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu - YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin birlikdə idarəetməsi ilə yeni universitet modeli kimi yaradılan Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstəriblər.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Türkiyə–Azərbaycan Universitetin birinci kursunda Kompüter mühəndisliyi və Sənaye mühəndisliyi fakültələrinin hər birində 30 nəfər, Qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla ümumilikdə 87 tələbə ali təhsil alacaq.

Universitet 2024–2025–ci tədris ilindən fəaliyyətə başlayacaq.

Türkiyə–Azərbaycan Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub.

Türkiyənin aparıcı universitetlərinin proqramlarına əsasən təhsil veriləcək Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək. Beləliklə, 2024–2025-ci tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ) qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar.

Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında elmi və texnoloji əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Müqaviləni Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan yeni HÜCUMUN ANONSU – “Xarq adasını ələ keçirəcəyik” – FOTO

Trampdan yeni HÜCUMUN ANONSU – “Xarq adasını ələ keçirəcəyik” – FOTO

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlandı

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlandı

Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı kimdir? – FOTO

Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı kimdir? – FOTO

Göygöl rayonunda 2 nəfər göldə batdı

Göygöl rayonunda 2 nəfər göldə batdı

Ermənistan Azərbaycandan təbii qaz alacaq?

Ermənistan Azərbaycandan təbii qaz alacaq?

ABŞ Oman körfəzində tankeri vurdu – VİDEO

ABŞ Oman körfəzində tankeri vurdu – VİDEO

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ – Faizlər daha əlçatan olacaq

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ – Faizlər daha əlçatan olacaq

Türkiyə İran və ABŞ-ı danışıqlara qayıtmağa çağırdı

Türkiyə İran və ABŞ-ı danışıqlara qayıtmağa çağırdı

AAYDA sədrinə müavin təyin olunan Tural Mailov və Kamran Əzizovun DOSYESİ

AAYDA sədrinə müavin təyin olunan Tural Mailov və Kamran Əzizovun DOSYESİ

Bakıda bəzi dayanacaqlar söküləcək - 420 min manat ayrıldı

Bakıda bəzi dayanacaqlar söküləcək - 420 min manat ayrıldı

Melonidən Rusiya ilə danışıqlar üçün gündəm yaradan TƏKLİF

Melonidən Rusiya ilə danışıqlar üçün gündəm yaradan TƏKLİF

Tural Mailov və Kamran Əzizov AAYDA-nın sədr müavini TƏYİN EDİLDİLƏR

Tural Mailov və Kamran Əzizov AAYDA-nın sədr müavini TƏYİN EDİLDİLƏR

Ərdoğan Paşinyanı təbrik etdi

Ərdoğan Paşinyanı təbrik etdi

İşğaldan azad olunmuş ərazilərdə su təsərrüfatı ilə bağlı hansı işlər görülüb? – RƏSMİ AÇIQLAMA

İşğaldan azad olunmuş ərazilərdə su təsərrüfatı ilə bağlı hansı işlər görülüb? – RƏSMİ AÇIQLAMA

Tramp 3-cü prezidentlik müddətinə namizədliyini irəli sürəcək?

Tramp 3-cü prezidentlik müddətinə namizədliyini irəli sürəcək?

Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bəri 4009 Azərbaycan vətəndaşı itkindir – FOTO

Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bəri 4009 Azərbaycan vətəndaşı itkindir – FOTO

Bakıda müştəri taksidə qarət edildi - 120 min dollarlıq oğurluq - VİDEO

Bakıda müştəri taksidə qarət edildi - 120 min dollarlıq oğurluq - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qrafik dəyişir

Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qrafik dəyişir

Komitə sədri: “Azərbaycan bu göstəricidə bir çox Avropa ölkələrini üstələyir”

Komitə sədri: “Azərbaycan bu göstəricidə bir çox Avropa ölkələrini üstələyir”

Ermənistan hökumətinin tərkibi dəyişəcəkmi? – Paşinyandan AÇIQLAMA

Ermənistan hökumətinin tərkibi dəyişəcəkmi? – Paşinyandan AÇIQLAMA

Britaniyanın müdafiə naziri İSTEFA VERDİ

Britaniyanın müdafiə naziri İSTEFA VERDİ

ABŞ diplomatı bu ölkədə ölü tapıldı

ABŞ diplomatı bu ölkədə ölü tapıldı

TƏBİB-in İcraçı direktorunun müavini təyin olunan Bahadur Rzayev KİMDİR? – DOSYE

TƏBİB-in İcraçı direktorunun müavini təyin olunan Bahadur Rzayev KİMDİR? – DOSYE

Türkiyənin "OnlyFans" ulduzlarını 10 ilədək həbs gözləyir - 27 müttəhim var

Türkiyənin "OnlyFans" ulduzlarını 10 ilədək həbs gözləyir - 27 müttəhim var

End of content

No more pages to load

RADİO