Özünü deputat Azay Quliyev kimi təqdim edən “Hacı” həbs olundu

AMEA-nın Fəlsəfə və hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.  

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, Xaliq Əhmədzadə (Hacı Xaliq Bəşər) İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə 30 gün müddətində həbs olunub.  

Hacı Xaliq Bəşər idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılıb.

Yol polisi avtomobilin 9707 manat cərimə borcu olduğununu və duracağa aparılacağını bildirilib. O, YPX əməkdaşlarına cərimələrdən xəbərsiz və onların qanunsuz olduğunu, məhkəməyə müraciət edərək sildirəcəyini deyib.

YPX əməkdaşları avtomobili duracağa aparmalı olduqlarını təkid ediblər. Hacı Xaliq hüquq elmləri doktoru, beynəlxalq elm və mədəniyyət mərkəzinin sədri, müstəqil hüquqşünaslar liqasının sədri və hüquq müdafiəçisi olduğunu, həmçinin 2005-2010-cu illərdə deputat olduğunu deyərək YPX əməkdaşlarının rəhbərliyi ilə əlaqə saxlamaq istəyib.   

Yol polisləri dəfələrlə sürücüyə sənədlərini təqdim etməsini bildirsə də, sonuncu özünü Milli Məclisin deputatı Azay Quliyev kimi təqdim edərək onlara tabesizlik göstərib. Nəticədə müxtəlif bəhanələrlə iki saat müddətində YPX əməkdaşlarının xidməti fəaliyyətini pozub. Nəhayət güclü yağış başladıqdan sonra Hacı Xaliq Bəşərin avtomobili YPX əməkdaşlarının müşayiəti ilə Quba Rayon Polis Şöbəsinin duracağına yerləşdirilib.  
 

Aparılan araşdırma zamanı Hacı Xaliq Bəşərin "Toyota Prado" markalı avtomobili sürmək üçün etibarnaməsinin olmadığı və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı məlum olub.  


Qeyd edək ki, 2017-ci ilin avqust ayında Xaliq Bəşər dələduzluqda ittiham edilərək həbs edilmişdi.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO

Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO

Çinli əsgərin bu görüntüləri gündəm oldu – VİDEO

Çinli əsgərin bu görüntüləri gündəm oldu – VİDEO

“Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ

“Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ

“Yanacağımız tamamilə tükənib”

“Yanacağımız tamamilə tükənib”

Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR

Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR

Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

Maaşlarla bağlı ŞAD XƏBƏR – 700 min vətəndaşa şamil oluna bilər – FOTO

Maaşlarla bağlı ŞAD XƏBƏR – 700 min vətəndaşa şamil oluna bilər – FOTO

Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Hörmüz böhranına belə çarə tapdılar

Hörmüz böhranına belə çarə tapdılar

Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 14.00-dək...

Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ Saat 14.00-dək...

Avro və rubl ucuzlaşdı – Dollar isə...

Avro və rubl ucuzlaşdı – Dollar isə...

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

“Ana-atamı yaxşı tanımamışam”

“Ana-atamı yaxşı tanımamışam”

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

End of content

No more pages to load

RADİO