Qazaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada 1959-cu il təvəllüdlü Asif Həsənov vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media