“Pilot-16”nın yaratdığı MÜBAHİSƏ - Şəhərin mərkəzindəki tikintidən narazılıq nədən QAYNAQLANIR? - VİDEO

“Nəsimi rayonu Novruzov qardaşları küçəsində (“Papanin” deyilən ərazi) “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri editor.az-a açıqlamasında ərazidə yaşayan sakinlər deyiblər. 

Onların sözlərinə görə, şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti, betonlama işlərini davam etdirir:

“Bu şirkətin əlindən gecə evimizdə yata bilmirik. Traktor daimi tikinti meydançasında olmasına baxmayaraq, sanki sakinlərə işgəncə vermək üçün gecə saatlarında traktor yer qazmaqla məşğuldur. 

Bu zamanda yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir. İsti yay ayları olduğu üçün evin pəncələrini açmaq zərurəti yaranıb. Lakin yaranmış dəhşətli səs-küydən nəinki yatmaq, hətta bizi evimizin də başımıza uçacağını gözləyirik. Evdə yuxusuzluqdan yaşlıların, körpələrin, səhər erkən saatlarda işə getməli olan hər kəsin həyat ritmi məhv olub və səhhətində ciddi problemlər yaranıb.

Bundan başqa gecə saatlarında tikinti işləri aparan fəhlələrin bir-biri ilə yüksək səslə, söyüşlə, ağır ifadələrlə danışması qəbuledilməz vəziyyət yaradıb. Sanki bu şirkət məqsədli şəkildə bizi təxribata çəkir.

Ümumiyyətlə, evlərimizin cəmi 5-10 metrliyində bu hündürmərtəbli bina tikildikdən sonra gün işığına həsrət qalmışıq. Binada işləyən fəhlələlər hündürlükdən düz evlərin içinə baxır və yüksək səslə söyüşlə danışırlar. Bu səbəbdən isti yay aylarında və ümumiyyətlə pəncərələrimiz daima bağlı və pərdəlidir.

Ərazi əsl xarabalığı xatırladır. Bütün ərazi zibilliyə, tikinti materiallarının məzarlığına çevrilib. Ərazidə antisanitar vəziyyət isti yay günlərində dəhşətli həddə çatıb. Hər yeri üfunət iyi bürüyüb. “Yaşıl Dünya naminə həmrəylik ili”ndə qlobal COP-29 tədbiri keçirən şəhərimizə belə dəhşətli vəziyyət yaraşmır”.

Sakinlər qeyd edirlər ki, şirkətin quraşdırdığı ağır kranın altından hər gün ölüm qorxusu ilə keçməyə davam edirlər. Bununla yanaşı düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların, evlərin və avtomobillərin üzərinə tökülür: “Bir neçə dəfə zərərçəkənlər olub. Şirkət isə vətəndaşların həyatını görməzdən gəlir”.

“Papanin” sakinləri bildirirlər ki, son 6 ayda “Pilot-16” MMC tərəfindən yeni yaşayış kompleksinin tikildiyi ərazidə bunların hər birindən daha təhlükəli və qəribə hadisələr yaşanır.

Son aylarda qeyd olunan ərazilərdə “Pilot-16″ MMC ilə danışıqlar zamanı şirkət tərəfindən təklif olunan qeyri-adekvat təkliflərlə razılaşmayaraq evlərini tərk etməyən bir neçə sakinin mənzilində və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə müəmmalı şəkildə yanğınlar baş verib. Son 6 ayda 4 belə hal qeydə alınıb. Bu müəmmalı yanğınların konkret kim tərəfindən törədildiyi ilə bağlı əlimizdə hər hansı sübut və konkret dəlil yoxdur.

Ancaq yanğınların şirkətlə razılaşmayan mənzillərdə və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə baş verməsi hər kəsdə, o cümlədən şirkətin qeyri-adekvat təklifləri ilə razılaşmayan bir ailə olaraq bizdə ciddi narahatçılıq yaradır.

Ərazidə evlərin bir-birinə bitişik olması səbəbindən yanğının sürətlə yayılmaq ehtimalı bütün sakinlərdə ciddi qorxu və narahatçılıq yaradıb: “Evimizdə bu təhlükə səbəbindən gecə yatmır və növbə çəkirik. Həyatımıza ciddi təhlükə hiss edirik. Bununla bağlı bütün hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

“Papanin” sakinləri qeyd edir ki, son olaraq isə şirkət Novruzov qardaşları küçəsində sakinlərin və avtomobillərin istifadə etdiyi işlək yolu bağlayaraq, vətəndaşları faktiki mühasirəyə salıb:

“Pilot-16″ və onun rəhbəri Aslan Quliyevin dövlət qurumlarına və vətəndaşlara hörmətsizliyinin kökündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən himayə edilməsi dayanır. 

Müraciət etdiyimiz qurumlar şikayətlərimizə reaksiya verib, müvafiq addımlar atıblar. Ancaq heç bir nəticə yoxdur. Şirkət öz qanunsuz və insanlıqdan kənar əməllərinə davam edir. İcra başçısı Asif Əsgərov şirkətin bütün qanunsuz əməllərinə göz yumur”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

End of content

No more pages to load

RADİO