2024-cü ilin altı ayında Azərbaycana 3993 nəfəri girişinə qadağan qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qəbul edilmiş 3993 qərardan 1104-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə, 2889-u isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkədən çıxarılıb.
Bizim.Media