Bakıda Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının qurultayı KEÇİRİLƏCƏK 

İyulun 17-18-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. 

Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edəcək. 

İki gün davam edəcək Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə müzakirələr aparacaqlar. 

Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verəcək. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda təşkil olunub. 

Qeyd edək ki, Bakıda “Fairmont” hotelinin Nizami Gəncəvi zalında keçiriləcək Müstəqillik Hərəkatlarının Qurultayı iyulun 17-də saat 09.30-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda aqrar profilli QHT-lərin ictimai müzakirəsi keçirildi

Bakıda aqrar profilli QHT-lərin ictimai müzakirəsi keçirildi

Tramp İranı ələ saldı: “Allaha həmd edib təslim ola bilər”

Tramp İranı ələ saldı: “Allaha həmd edib təslim ola bilər”

Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət ediblər - FOTO

Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət ediblər - FOTO

Toyuq ətinin maya dəyəri aşağı DÜŞƏCƏK

Toyuq ətinin maya dəyəri aşağı DÜŞƏCƏK

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi - FOTO

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi - FOTO

Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir

Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO/VİDEO

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO/VİDEO

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Lazada sürüşmə oldu

Lazada sürüşmə oldu

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Bu il 116 550 şagird məzun olur

Bu il 116 550 şagird məzun olur

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

Baş nazir iclas keçirdi - FOTO

Baş nazir iclas keçirdi - FOTO

End of content

No more pages to load

RADİO