Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube”dan SİLİNDİ

Son günlər mediada sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Qor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir:

Qor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.

Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - //rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib.

Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: //www.youtube.com/watch?v=xbFwavNaTHI).

Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.

Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bakıdakı UFC turniri START götürdü

Bakıdakı UFC turniri START götürdü

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

End of content

No more pages to load

RADİO