Bu gün 47 min 520 abituriyent imtahan verəcək

İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirilir. Eyni zamanda, I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilir.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə 17 min 431, III ixtisas qrupu üzrə 21 min 193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47 min 520 abituriyentin iştirakı nəzərdə tutulur. 

İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. 

Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunan imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla GÖRÜŞDÜ

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla GÖRÜŞDÜ

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Flora Kərimovanın SON DURUMU

Flora Kərimovanın SON DURUMU

AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu

AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

End of content

No more pages to load

RADİO