XİN-dən Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair BƏYANAT

XİN-dən Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair BƏYANAT
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

3 iyul 2024-cü il tarixində Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub.

Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər.

Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib.

Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Yeni zəhərli ilan növü aşkarlandı

Yeni zəhərli ilan növü aşkarlandı

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

Arzu Əliyeva ailə FOTOSUNU paylaşdı

Arzu Əliyeva ailə FOTOSUNU paylaşdı

Bakıda bu küçə təmirə bağlanır

Bakıda bu küçə təmirə bağlanır

Ölkəmizə gətirilən telefonlarda 85 mindən çox saxta IMEI kod bloklandı

Ölkəmizə gətirilən telefonlarda 85 mindən çox saxta IMEI kod bloklandı

Deputatın oğlunun iştirak etdiyi insidentlə bağlı 11 nəfər həbs edildi - Davadan YENİ VİDEO

Deputatın oğlunun iştirak etdiyi insidentlə bağlı 11 nəfər həbs edildi - Davadan YENİ VİDEO

Tramp: “Mənə Nobel mükafatı vermədilər, Norveçdən heç nə istəmirəm” - VİDEO

Tramp: “Mənə Nobel mükafatı vermədilər, Norveçdən heç nə istəmirəm” - VİDEO

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”: əlavələr nədən qaynaqlanır?

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”: əlavələr nədən qaynaqlanır?

Dünya çempionatı: Daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI

Bu şəxslərin pensiyalarına əlavələr ediləcək – MƏBLƏĞ AÇIQLANDI

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Bu gün İstanbul derbisi olacaq

Bu gün İstanbul derbisi olacaq

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək

U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək

Gənclər arasında təhlükəli trend yayılır: Üzlərinə çəkiclə zərbə vururlar - Foto/Video

Gənclər arasında təhlükəli trend yayılır: Üzlərinə çəkiclə zərbə vururlar - Foto/Video

Vuçiç seçkilərdə məğlub olduğunu etiraf etdi – VİDEO

Vuçiç seçkilərdə məğlub olduğunu etiraf etdi – VİDEO

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Mbappenin dublu “Real Madrid”ə qələbə qazandırdı - VİDEO

Mbappenin dublu “Real Madrid”ə qələbə qazandırdı - VİDEO

Ən sirli 4 BÜRC

Ən sirli 4 BÜRC

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Dörd icra başçısını gedər-gəlməzə göndərən kreslo - 28 ildən sonra “lənətlənmiş” şəhərin tilsimi qırıldı

Dörd icra başçısını gedər-gəlməzə göndərən kreslo - 28 ildən sonra “lənətlənmiş” şəhərin tilsimi qırıldı

End of content

No more pages to load

RADİO