Azərbaycanda ixtioz xəstəliyindən əziyyət çəkənlər Respublika Dəri zöhrəvi xəstəxanasında və 3 nömrəli uşaq dəri-zöhrəvi dispanserində müalicə alır.
Bu barədə Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, sözügedən xəstəlikdən əziyyət çəkən xəstələrin həyat şəraitinin yaxşılaşdırılması prosesi müvafiq Dövlət Proqramı çərçivəsində aparılır.
Xatırladaq ki, ölkədə 700-ə yaxın ixtioz xəstəsi var. 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicə və profilaktikasına dair tədbirlər planı təsdiqlənib.
Günay Şahmar, Bizim.Media