Qərbi Azərbaycan İcmasında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ MÜZAKİRƏ EDİLDİ - FOTO

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və qaçqınlıq problemləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış edib.

Sədr çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinə vurulmuş zərərlər, İcmanın son bir ildə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Qaçqınlıq və məcburi köçkünlük probleminin davamlı həllinin qayıdış hüququnun təmin edilməsindən keçdiyini qeyd edən sədr bildirib ki, Azərbaycan Respublikası hökumətinin məcburi köçkünlərin geri qayıdışı istiqamətində həyata keçirdiyi irimiqyaslı fəaliyyəti təqdir olunmalıdır.

Ə. Ələkbərli vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn aliliyini və yüzminlərlə insanın qayıdış hüququ kimi təməl insan hüququnu təmin edib.
İcmanın sədri Ermənistandan qovulmuş azərbaycanlıların sosial problemlərinin həllinə və onların dinc yolla qayıdış hüququna verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Daha sonra Ermənistanın Karvansara rayonundan qaçqın düşmüş xanım Səfayə Həsənova qaçqınlıq xatirələrini bölüşüb.

Tədbirdə “Qərbi Azərbaycan” televiziya kanalının İcma haqqında hazırladığı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün əsas məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması hər il bu gün münasibətilə tədbir təşkil edir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO