“Dondurmada aşkarlanan bakteriyadan insanı komaya düşə bilər” - Həkimdən SENSASİON AÇIQLAMA 

Xəbər verildiyi kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bır sıra dondurmalarda bakteriya aşkarlandığı ilə bağlı məlumat yayıb. Lakin AQTA-nın ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.

Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Qeyd edək ki, “İçərişəhər" əmtəə nişanlı vanilli plombir, "Soyuq" əmtəə nişanlı südlü kakaolu, "Soyuq" əmtəə nişanlı südlü çiyələkli, “İce Dream” əmtəə nişanlı şokoladlı plombir, "Yolka" əmtəə nişanlı qaymaqlı, “Qoşa Qapı” əmtəə nişanlı vanilli Eskimo, "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir, “Zoluşka” əmtəə nişanlı portağallı Eskimo, “Selena" əmtəə nişanlı südlü çiyələkli, "Naturalika" əmtəə nişanlı Eskimo dondurmalarında Enterobacteriaceae bakteriyası aşkar edilib.

Maraqlıdır, “Enterobacteriaceae” bakteriyası nədir? İnsan bu bakteriyanı qəbul etdikdə orqanizmdə nələr baş verə bilər?

Tibb elmləri doktoru Adil Qeybulla Bizim.Media-ya bildirib ki, dondurmalarda aşkar olunan “Enterobacteriaceae” bağırsaqlarda parazitlik edən bakteriyadır:
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT! Bu dondurmalarda bakteriya aşkarlandı – RƏSMİ/FOTO



“Qida məhsullarının sanitar-gigiyenik normaları çox ciddi məsuliyyət tələb edir. Çünki bu insanların sağlamlığı ilə bağlı məsələdir və qida təhlükəsizliyi genofondun təhlükəsizliyi deməkdir. Qida maddələrində istifadə olunan ilkin məhsul və ya onu konserv edən qida əlavəsi kifayət qədər təhlükəsiz, texniki şərtlərə uyğun hazırlanmalıdır”.

“Enterobacteriacae”lər insanda Dizenteriya (qan və ishal ilə nəticələnən bir qastroenterit növü), Salmonellyoz (daha çox qida zəhərlənməsi kimi tanınan Salmonella tipli bakteriyaların yaratdığı simptomatik infeksiya), Kolit (bağırsaq iltihabı) yarada bilər. Bunlar bəzən də tənəffüs və sidik yollarının infeksiyası, hərarətin yüksəlməsi, halsızlıq, baş ağrısı, bədəndən su və elektrolit itkisinə gətirib çıxara bilər ki, orqanizm beləliklə komaya da düşə bilər. Yəni “Enterobacteriaceae”nin aşkar edilməsi dondurmanın istehsal şərtlərinin pozulmasına işarədir. Bu cür sahibkarlar məsuliyyət daşıyırlar”.

Nuranə Daxilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanışlıq saytları barədə HƏQİQƏTLƏR AÇILDI

Tanışlıq saytları barədə HƏQİQƏTLƏR AÇILDI

DYP-dən “Formula-1 ilə bağlı MÜRACİƏT

DYP-dən “Formula-1 ilə bağlı MÜRACİƏT

Yataqxanasız UNİVERSİTETLƏR – “Bu gənclər harada qalacaq?”

Yataqxanasız UNİVERSİTETLƏR – “Bu gənclər harada qalacaq?”

DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

Cəmi bir il işləməklə vəkil olmaq MÜMKÜN OLACAQ

Cəmi bir il işləməklə vəkil olmaq MÜMKÜN OLACAQ

Bir evdən 6 uşaq məktəbə GETDİ

Bir evdən 6 uşaq məktəbə GETDİ

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Balakəndə kəndin körpüsünü sel dağıtdı – FOTO

Balakəndə kəndin körpüsünü sel dağıtdı – FOTO

Bu BÜRCLƏR üçün payız əsl nağıl kimi olacaq

Bu BÜRCLƏR üçün payız əsl nağıl kimi olacaq

Qohumunun evindən pul oğurladı – ÖZÜNƏ AVTOMOBİL ALDI - FOTO

Qohumunun evindən pul oğurladı – ÖZÜNƏ AVTOMOBİL ALDI - FOTO

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Dərman xərclərimiz niyə kəskin artır?

Dərman xərclərimiz niyə kəskin artır?

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

End of content

No more pages to load

RADİO