Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin və TƏBİB-in mətbuat xidmətləri birgə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Vəziyyəti kritik olan xarici vətəndaş Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - FOTO/VİDEO


“İyunun 15-də saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-qəza hadisəsi nəticəsində 5 (hər biri qadın) xarici vətəndaş xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.

Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.

1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi, sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.

Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında iyunun 16-da saat 11:00 radələrində Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub.
Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

ABŞ millisində ciddi itki

ABŞ millisində ciddi itki

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Millimizin üzvü evləndi

Millimizin üzvü evləndi

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Qazonu nə vaxt biçmək lazımdır?

Qazonu nə vaxt biçmək lazımdır?

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

Sürücülər bu xəbəri mütləq oxusun

Sürücülər bu xəbəri mütləq oxusun

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Makron dövrü: Fransanın qlobal etimad problemi

Makron dövrü: Fransanın qlobal etimad problemi

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

End of content

No more pages to load

RADİO