Sabirabadda yol qəzası olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Ağayev Kamran Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media