Lənkəranda nənə və azyaşlı nəvələrini maşın vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili piyada olan iki nəvəni və onların nənələri - 1968- ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Nənə və 5 yaşlı nəvənin müalicəsi isə təcili yardım şöbəsində davam etdirilir. Onları vuran nəqliyyat vasitəsi sonradan digər bir maşına da çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu