İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi ilə görüşü olub - YENİLƏNİB/FOTO

İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi ilə görüşü olub - YENİLƏNİB/FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Əl-Əzhərdə ikinci dəfə olduğunu xatırladı, Misirə rəsmi səfəri çərçivəsində yenidən burada olmağından və Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirdi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət edib.

Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bu münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissi ilə vurğulayaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini deyib. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir.

Azərbaycan Prezidenti Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğulayıb.

Dövlətimizin başçısı, həmçinin vaxtilə Şuşada mövcud olmuş 17 məsciddən 16-sının işğal dövründə tamamilə dağıdıldığını deyib.

Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu ziyarətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib və Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirib. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini deyib.

Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd edib.
O, Əl-Əzhəri Şərifin Azərbaycanda ərəb dilinin tədrisinə öz dəstəyini verməyə hazır olduğunu vurğulayıb, Əl-Əzhərdə azərbaycanlı tələbələrin də təhsil aldıqlarını diqqətə çatdırlıb.

Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğulayıb, Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun fəaliyyət göstərdiyini qeyd edib.

x x x

Sonra xatirə hədiyyələri təqdim olunub.

*** 17:16

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi ilə görüşü olub - YENİLƏNİB/FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Piyadaların məsuliyyətsizliyi faciələrə səbəb oldu – ANBAAN VİDEO

Piyadaların məsuliyyətsizliyi faciələrə səbəb oldu – ANBAAN VİDEO

Fransa “Avropanın yeni xəstə adamı” adlandırıldı

Fransa “Avropanın yeni xəstə adamı” adlandırıldı

Rusiya Ukraynaya ayda neçə ballistik raket ata bilər? – İqnatdan AÇIQLAMA

Rusiya Ukraynaya ayda neçə ballistik raket ata bilər? – İqnatdan AÇIQLAMA

Türkiyədə dövlətin görünməyən ortaqları: Təriqətlər hakimiyyətə necə nüfuz edir? - VİDEO

Türkiyədə dövlətin görünməyən ortaqları: Təriqətlər hakimiyyətə necə nüfuz edir? - VİDEO

Azad Balayev HƏBS EDİLDİ

Azad Balayev HƏBS EDİLDİ

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Ceyhun Bayramov: “Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir”

Ceyhun Bayramov: “Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir”

Boksçularımız U-19 dünya çempionatını 2 medalla başa vurdular – FOTO

Boksçularımız U-19 dünya çempionatını 2 medalla başa vurdular – FOTO

Mayk Tayson Türkiyə serialında rol alacaq

Mayk Tayson Türkiyə serialında rol alacaq

Ceyhun Bayramov: “Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hazırdır”

Ceyhun Bayramov: “Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hazırdır”

İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi

İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi

Həcc ziyarəti üzrə kvotanın neçə faizi tamamlanıb? – QMİ-dən AÇIQLAMA

Həcc ziyarəti üzrə kvotanın neçə faizi tamamlanıb? – QMİ-dən AÇIQLAMA

Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO

Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO

1600 il əvvəl romalılar bunu necə bacarıb? – Rəngini dəyişən şüşənin sirri açıldı

1600 il əvvəl romalılar bunu necə bacarıb? – Rəngini dəyişən şüşənin sirri açıldı

Dünya çempionatı: 2 yunan-Roma güləşçimiz YARIMFİNALDA

Dünya çempionatı: 2 yunan-Roma güləşçimiz YARIMFİNALDA

Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşaya GEDƏCƏK

Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşaya GEDƏCƏK

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İlham Əliyevin QƏBULUNDA – FOTO

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İlham Əliyevin QƏBULUNDA – FOTO

NASA astronavtlarının kosmosa gizli apardığı sendviç qalmaqal YARADIB - FOTO

NASA astronavtlarının kosmosa gizli apardığı sendviç qalmaqal YARADIB - FOTO

Göyçayda 40 yaşlı kişini ilan sancdı – Bakıya gətirildi

Göyçayda 40 yaşlı kişini ilan sancdı – Bakıya gətirildi

4 ölkədəki seçkilər dünyanı dəyişəcək? – “The Guardian”ın TƏHLİLİ

4 ölkədəki seçkilər dünyanı dəyişəcək? – “The Guardian”ın TƏHLİLİ

Özbəkistanla bu sazişlər təsdiqləndi

Özbəkistanla bu sazişlər təsdiqləndi

Azərbaycanın Milli Qəhrəmanının SON DURUMU açıqlandı

Azərbaycanın Milli Qəhrəmanının SON DURUMU açıqlandı

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Cəbrayılda minaya düşən ata-oğulla bağlı YENİ XƏBƏR

Cəbrayılda minaya düşən ata-oğulla bağlı YENİ XƏBƏR

End of content

No more pages to load

RADİO