Talassemiyalı uşaqların pullarını mənimsəyən daha bir nəfər həbs edildi

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər digər müttəhim Aysel Məmmədovanın barəsində də həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırıblar, vəsatət təmin olunub.

Zərərçəkən Tural Nəsimiyev deyib ki, təqsirləndirilən şəxslər ona maddi və mənəvi ziyan vurublar, ona görə də o, Aysel Məmmədovanın barəsində də həbs qətimkan tədbiri seçilməsini istəyir.

"İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, məhkəmədə vəd verdi ki, dəyən ziyanı ödəyəcək. Ona görə də, Aysel Məmmədova ev dustaqlığına buraxılmışdı. Lakin daha sonra o, verdiyi vədi yerinə yetirmədi, təqsirləndirilən şəxsin məhkəmə zalından həbs olunmasını istəyirəm", - zərərçəkən deyib.

T.Nəsimiyevin sözlərinə görə, ona 59 min manat ziyan dəyib. Həmin puldan 10 min manatını Aysel Məmmədova, yeddi min manata yaxınını isə Nuridə Seyidova ödəyib. Ona dəyən ziyandan 43 min manatı hələ də ödənilməyib.

Digər zərərçəkən Ramin Dadaşov qeyd edib ki, ona 36 min manat ziyan dəyib. Ona dəyən ziyan ödənilmədiyi üçün Aysel Məmmədovanın barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini istəyir.

Zərərçəkən Kamil Əhmədov da eyni vəsatətlə çıxış edib. O, bildirb ki, ona dəyən 23 min manatdan cəmi 10 min manatı qaytarılıb.

Müttəhim Aynur Bayramova deyib ki, Nuridə Seyidova onu şantaj edib və bir neçə valideyni öyrədərək onun üstünə göndərib.

Məhkəmə zalından həbs edilən müttəhim Aysel Məmmədova isə deyib ki, zərərçəkənlərin çoxu onu tanımır:

"Tural Nəsimiyev pulu Nuridə Seyidovaya verib. Daha sonra müqavilə bağlanılıb, çeki də təqdim olunub. Zeynəb Cəlilova da 25 min manat ödəniş etmişdi, onu götürüb Nuridənin göstərişi ilə başqa xəstəxanaya ödədim. Digər zərərçəkən Kamil Əhmədov 23 min manat mənə, mən də şoferə vermişdim. O, pulun qaytarılması üçün hədə-qorxu gəldiyi üçün Nuridəyə yönləndirdim ki, məsələni özü həll etsin."

Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

End of content

No more pages to load

RADİO