Şəki məktəblisi Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edəcək.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki şəhər kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi Rasim Abbaszadə Beynəlxalq Biologiya Olimpiadasına vəsiqə qazanıb.
Seçmə imtahanlarında uğur qazanan Rasim, milli komandaya daxil olub. Rasim Abbaszadə biologiya fənni üzrə RFO-da ardıcıl üç il yüksək nəticələr göstərib: 2022-ci və 2023-cü illərdə qızıl, 2024-cü ildə isə gümüş medal qazanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu