Xaçmazın Xudat şəhərində konserv zavoduna məxsus 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 2 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində Mais Mahmudova məxsus evdə partlayış baş verib. Evin mətbəxi, pəncərələri və qaz sobası yanıb. Yanğının səbəbləri araşdırılır. Alov söndürülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu