“Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görəcəyimiz təşəbbüsdən biri kimi tarixə düşəcək, uzunmüddətli vədədə nəticələr görülə biləcək.
O vurğulayıb ki, yaşıl təhsil və ya yaşıl transformasiya prosesi öz-özlüyündə yenidir:
"Hazırda dünyada bütün təhsil pillələri üzrə prosesin düzgün ölçülməsi və hədəflərin düzgün qoyulması istiqamətində iş davam edir".
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media