Hərbçilərə əmək pensiyası hərbi xidmətdən buraxıldığı gündən TƏYİN OLUNACAQ 

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq. 

Bizim.Media xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb. 

Belə ki, “Əmək pensiyaları haqqında” qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olmuşdur. Bu redaksiyanın Qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır.

Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklil təklif olunur. 

Bundan əlavə, qanunun 9.5.2-ci və 20.14.2-ci maddələrində müvafiq olaraq “25 təqvim ili” ifadəsindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır. 

Belə ki, qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilir.

Əgər, hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu tələbi tamamlayan şəxslərə də hərbi qulluqçu kimi pensiya hüququ yaradılarsa, onda bu Qanunun 20.14.2-ci maddəsinə əsasən həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməli olduğu anlaşıla bilər. 
Göründüyü kimi, bu 20 təqvim ili və daha çox hərbi xidmət etmiş şəxs ilə 12 il 6 ay hərbi xidmət etmiş şəxsin pensiya təminatları fərqləndirilmiş və nəticə etibarı ilə hərbi qulluqçuların hərbi xidmətdə qalması təşviq edilmişdir. Bu dəqiqləşdirici düzəliş olduğundan maliyyə yükü yaranmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

65 yaşı tamam olan həkimlərə müjdə

65 yaşı tamam olan həkimlərə müjdə

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

9-cu sinif şagirdi qəfil vəfat etdi

9-cu sinif şagirdi qəfil vəfat etdi

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

İran xam neft ixracına başladı

İran xam neft ixracına başladı

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

End of content

No more pages to load

RADİO