Cəzalar sərtləşdirilsə, erkən nikahların sayı AZALACAQ?

Xəbər verdiyimiz kimi ölkə parlamentinə Cinayət Məcəlləsinin 152‑ci maddəsində tövsif edilən əməlin (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) on səkkiz yaşına çatmayan şəxslərə qarşı törədilməsi ilə bağlı maddəyə dəyişiklik edilməsi təklif olunur.

Eyni zamanda nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq yetkinlik yaşına çatmayalarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması istənilir. Həmçinin yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün məsuliyyətin müəyyən edilməsi vacib sayılır.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il 25 erkən nikah halının qarşısı alınıb - RƏSMİ 


Təkliflər sırasında uşaq hüquqlarının qorunması sahəsində dini nikahların qeydiyyata alınması qaydalarının müəyyən edilməsi, Uşaq evliliklərinin qarşısının alınması məqsədilə tədbirlər planının qəbul edilməsi, qeyri‑rəsmi şəkildə fəaliyyət göstə rən din xadimləri tərəfindən dini nikah mərasimlərinin keçirilməsi hallarının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi də əksini tapıb.

Qeyd edək ki, qanunvericilik təşəbbüsü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çıxış edib.

Cəzalar sərtləşdirilsə, erkən nikahların sayı azalacaq?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev bildirdi ki, sözügedən məsələ ilə bağlı həm hüquqi, həm də sosial müstəvidə tədbirlər aparılmalıdır:

“İlk növbədə onu qeyd edək ki, Azərbaycan uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Konvensiyadan irəli gələn öhdəlikləri ölkəmiz yerinə yetirir və qanunları da bu konvensiyaya uyğunlaşdırır. Bu konvensiyaya görə, nikah yaşı 18 yaş olaraq uyğunlaşdırılıb. Azərbaycanda da nikah yaşı 2011-ci ildən bəri 18 yaş kimi qeyd olunur. Amma istisna hallar var ki, 17 yaşda da nikaha icazə verilir. 

Bəzi valideynlər isə bu 17 yaş faktorundan istifadə edir. Nəinki 17 yaş, bundan da aşağı yaşında uşaqları nikaha cəlb edirlər. Bu həm əxlaqa, həm də hüquqa zidd davranışdır. Cinayət Məcəlləsində 16 yaşlı biri ilə cinsi münasibətdə olmaq hüquqi məsuliyyət yaradır. Eyni zamanda, Ailə Məcəlləsində də nikaha məcburetmə və erkən nikahla bağlı ayrıca hüquqi məsuliyyət var. 

Fikrimcə, bu hüquqi məsuliyyət bir qədər də sərtləşdirilməli, qanunvericiliyin icrasına nəzarət gücləndirilməlidir. Hüquqi müstəvidə tədbirlər sərt olmalı, kampaniya xarakteri daşımamalı, icra olunmalıdır. Erkən nikaha cəlbetmə ilə bağlı valideynlər hüquqi məsuliyyətini başa düşməli, onlar arasında maarifləndirmə işləri aparılmalıdır”.

Üzeyir Şəfiyev hesab edir ki, məsələnin başqa tərəfləri də var:

“Statistikaya baxdıqda 2011-ci ilə qədər nikah yaşı qeyd edilmədən evliliklərin sayı daha çox idi. Ondan sonra erkən nikahla bağlı statistika təqribən 50% azaldı. Ancaq bu gün 2 mindən çox uşaq 17 yaşa qədər analar tərəfindən dünyaya gətirilirsə, bu o deməkdir ki, bu problem hələ də var və bununla mübarizə aparılmalıdır. Bu kimi hallar xüsusilə də regionlarda daha çox baş verir. Hələ də köhnə stereotiplərlə yaşayan valideynlər var. Onlara elə gəlir ki, qızlarını evləndirməsələr, evdə qalacaqlar. Etiraf edək ki, kəndlərdə demoqrafik vəziyyət biraz başqadır”.

Həmsöhbətimiz təəssüflə qeyd edib ki, regionlarda qızlar 9-cu sinifdən çıxarılır və başları ailə qurmaq fəlsəfəsi ilə doldurulur:

“Biz görürük ki, Azərbaycanda ali təhsillilərin statistikası elə də böyük deyil. O cümlədən qızların da ali təhsildəki payı da çox azdır. Ona görə də çox yaxşı olar ki, orta məktəblərdə qızların ali təhsilə motivasiya edilməsi üçün addımlar atılsın. Bu yolla onlar erkən nikaha meyillənməkdən daha çox, cəmiyyətə və özlərinə daha faydalı insan olmaq haqqında düşünə və öz həyatlarını belə planlaya bilərlər. 

Bu kompleks işdir, həm hüquqi müstəvidə görülən tədbirlər sərtləşdirilməlidir, həm də bununla bağlı sosial maarifləndirmə işləri də paralel aparılmalıdır. Güman edirəm ki, buna ehtiyac var. Nikah zamanı istisna yaş aradan qaldırılmalıdır. Yaxşı olardı ki, yetkinlik yaşına çatmadan nişanlama və adaxlama da hüquqi məsuliyyət yaratsın və Cinayət Məcəlləsinə daxil edilsin. 
Bəzən valideynlər “nişanlamışıq, evləndirməmişik” kimi əsas gətirirlər. 18 yaşa çatmayanların erkən nikaha cəlb edilməsi, eləcə də onlara qarşı törədilən huquqazidd əməllər daha çox insanların hüquqi savadsızlığından, huquqi maarifləndirmə işlərinin zəif aparılmasından xəbər verir. Yaxşı olar ki, orta məktəblərdən başlayaraq uşaq və yeniyetmələrə hüquqi biliklər aşılansın, valideynlərlə, xüsusilə erkən nikah bölgələrində olan valideynlərlə hüquqi maarifləndirmə, sosial-psixoloji iş aparılsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

Bu bürclərin pul qapıları açılır

Bu bürclərin pul qapıları açılır

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

Dostluqları sınaqdan keçir? – VİDEO

Dostluqları sınaqdan keçir? – VİDEO

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

End of content

No more pages to load

RADİO