Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. 

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib.

Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb.

Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. 

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. 

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46169 nəfərdən 469 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub. 

İmtahan iştirakçıları arasında 16 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 may saat 10:00-dan 23 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir.

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır: 

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; 

• Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; 

• Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir. 

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər. 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq. 

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

End of content

No more pages to load

RADİO