Ağdamın Xaçınçay qəsəbəsində sel suları ciddi fəsadlar törədib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, son günlər yağan yağışlar nəticəsində Xaçınçay çayında suyun səviyyəsi artıb.
Sel suları qəsəbəni rayon mərkəzi ilə birləşdirən yolun bir hissəsini yuyub, yaşayış evləri üçün təhlükə yaradıb. Həmçinin qaz xəttinə ziyan dəyib.
Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görülür.



Bizim.Media