Cavanşir körpüsünün sökülməsinə BAŞLANILIR – BU TARİXDƏ  

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib, hərəkətin müvəqqəti təşkilinə dair sxem hazırlanıb. 

Həyata keçirilən kompleks işlər çərçivəsində nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. 

Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

Bu məqsədlə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq.

S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.

Nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər prospekti istiqamətində hərəkət birtərəfli olacaq. 
Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək. 

Qeyd edək ki, 28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

End of content

No more pages to load

RADİO