Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? – Rəsmi AÇIQLAMA 

Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemlərlə bağlı şikayətlərini görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər xəstəxanalarında yaşanır.

Belə bir nümunə bu günlərdə Binəqədi rayonu ərazisində yerləşən 9 nömrəli şəhər poliklinikasında yaşanıb. Belə ki, sözügedən poliklinikada qeydiyyatda olan şəkərli diabet xəstələri pulsuz verilən dərmanlarını ala bilmirlər.

Vətəndaşlar artıq 15 gündür bununla bağlı poliklinikaya gəlib-getsələr də lazımı preparatlarla təmin olunmadıqlarını iddia edirlər.

Maraqlıdır, zaman-zaman təkrarlanan şəkər dərmanlarının paylanması niyə gecikdirilir? Dərmanların ölkəyə gətirilməsində hansısa çətinlik var?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir:

“Nəzərinizə çatdırırıq ki, diabet xəstələrinə verilməli olan insulin, həblərin və özünənəzarət vasitələrinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarında əks olunan normativlər əsasında hesablanır.

Beləliklə, şəkərli diabet xəstələri hər ay orta hesabla 40 vahid insulinlə təmin edilir. Ümumilikdə hər bir dərman preparatının təyinatı (şəkərsalıcı preparatlar həmçinin) laborator müayinələr əsasında yalnız həkim təyinatı ilə təqdim oluna bilər.
Xəstəliyin növündən və tipindən, xəstənin sağlamlıq vəziyyətinin dinamikasından asılı olaraq fərdi qaydada bəzi hallarda 20-30 vahid, bəzi hallarda 60 vahid, insulinərezistentlik olduqda isə daha çox (80-100-120 vahid) insulin miqdarına ehtiyac olur.

Dərman preparatlarının satınalması proseduru keçirilib. Tibb müəssisələrinin təqdim etdiyi tələbnaməyə uyğun olaraq cari ay üzrə dərmanların paylanılmasına qısa müddətdə başlanılacaq. Hazırda istehlakçı şirkətlə müqavilə imzalanma mərhələsindədir”.

Nuranə Daxilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanışlıq saytları barədə HƏQİQƏTLƏR AÇILDI

Tanışlıq saytları barədə HƏQİQƏTLƏR AÇILDI

DYP-dən “Formula-1 ilə bağlı MÜRACİƏT

DYP-dən “Formula-1 ilə bağlı MÜRACİƏT

Yataqxanasız UNİVERSİTETLƏR – “Bu gənclər harada qalacaq?”

Yataqxanasız UNİVERSİTETLƏR – “Bu gənclər harada qalacaq?”

DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

Cəmi bir il işləməklə vəkil olmaq MÜMKÜN OLACAQ

Cəmi bir il işləməklə vəkil olmaq MÜMKÜN OLACAQ

Bir evdən 6 uşaq məktəbə GETDİ

Bir evdən 6 uşaq məktəbə GETDİ

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Balakəndə kəndin körpüsünü sel dağıtdı – FOTO

Balakəndə kəndin körpüsünü sel dağıtdı – FOTO

Bu BÜRCLƏR üçün payız əsl nağıl kimi olacaq

Bu BÜRCLƏR üçün payız əsl nağıl kimi olacaq

Qohumunun evindən pul oğurladı – ÖZÜNƏ AVTOMOBİL ALDI - FOTO

Qohumunun evindən pul oğurladı – ÖZÜNƏ AVTOMOBİL ALDI - FOTO

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Dərman xərclərimiz niyə kəskin artır?

Dərman xərclərimiz niyə kəskin artır?

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

End of content

No more pages to load

RADİO