Bakıda çoxmərtəbəli binanın tikintidə faciə baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsində qeydə alınıb.
Yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosunun qırılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib.
1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media