Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının hərbi hazırlığa çağırışla bağlı fərmana imza atıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, müvafiq sənəd rəsmi hüquqi internet portalında yayımlanıb.
Sənəddə deyilir: "Ehtiyatda olan Rusiya vətəndaşları bu il Rusiya Federasiyasının Silahlı Qüvvələrində və federal təhlükəsizlik xidmətində hərbi təlimə çağırılsınlar”.
Nazirlər Kabinetinə və regional orqanlara fərmanın həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bu fərman dərc olunduğu gündən - 26 aprel tarixindən qüvvəyə minir.
Bizim.Media
