Bu gün paytaxtda yağış, bəzi rayonlarda dolu, dağlıq ərazilərdə isə qar gözlənilir.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda yağış axşama doğru tədricən kəsiləcək. Gecə 10-12° isti, gündüz 13-15° isti təşkil edəcək.
Respublikanın bölgələrində gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti proqnozlaşdırılır.
Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
Bizim.Media