Arvadına mesaj yazan şəxsi qohumları ilə birgə döydü

Binəqədi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə və xuliqanlıqda təqsirləndirilən Əsəd Bəşirov, onun qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovun (hər birinin adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barələrində olan cinayət təqibinə həmin hissədə xitam verilib. Lakin onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliniblər və şərti cəza verilib.

İttihama görə, hadisənin əsası 2025-ci ilin yanvar ayının sonlarında qoyulub.
 

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən Əsəd Bəşirov həyat yoldaşının istifadə etdiyi "Instagram" sosial şəbəkə hesabında əvvəllər tanımadığı şəxsin, zərərçəkmiş Habil Yusifovun (adı, soyadı şərtidir) ona mesaj yazdığını görüb. Bundan sonra o, həmin şəxslə münasibətlərə aydınlıq gətirmək və onu cəzalandırmaq məqsədilə həyat yoldaşının adından yazışmaları davam etdirib.


Bir neçə gün davam edən yazışmalardan sonra zərərçəkmiş şəxslə Abşeron rayonu, Masazır qəsəbəsində görüş təyin edilib. Əsəd görüşə tək gəlməyib.

Belə ki, o, qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovu da həmin ünvana çağıraraq əvvəlcədən birlikdə hərəkət etmək barədə razılığa gəlib. Görüş günü təqsirləndirilən şəxslər müxtəlif avtomobillərlə hadisə yerinə gəliblər.

Habil də idarə etdiyi maşınla görüş yerinə çatdıqdan sonra onun hərəkət etdiyi avtomobil bir neçə istiqamətdən mühasirəyə alınmağa çalışılıb. Təqsirləndirilən şəxslər idarə etdikləri avtomobillərlə zərərçəkmişin nəqliyyat vasitəsini sıxışdıraraq onun hərəkətini dayandırmağa cəhd göstəriblər. Lakin Habil təhlükə hiss etdiyindən həmin avtomobillərin arasından çıxaraq ərazidən uzaqlaşmağa müvəffəq olub.

Bundan sonra təqsirləndirilən şəxslər onun ardınca düşərək təqibi davam etdiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, təqib Masazır qəsəbəsindən başlayaraq Bakı şəhərinin Binəqədi rayonu istiqamətində davam edib.
 

Cinayət işi materiallarında göstərilir ki, zərərçəkmiş şəxs Binəqədi qəsəbəsində yerləşən və "Binəqədi Mərkəz" kimi tanınan əraziyə çatdıqda avtomobil sıxlığı səbəbindən hərəkətini dayandırmağa məcbur olub. Bundan istifadə edən təqsirləndirilən şəxslər avtomobillərini yolun ortasında saxlayaraq Habilin avtomobilinə yaxınlaşıblar.


Hadisə insanların və nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu ərazidə, çoxsaylı şəxslərin gözü qarşısında baş verib.

İstintaqın müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxslərdən ikisi avtomobillərdən beyzbol oyunu üçün nəzərdə tutulmuş toxmaqları götürüb, digər şəxs isə içərisində mayonez olan şüşə qabla hadisə yerinə yaxınlaşıb. Onlar zərərçəkmiş şəxsdən hər hansı izahat almadan və hadisənin mahiyyətini araşdırmadan onun avtomobilinə hücum ediblər.

Təqsirləndirilən şəxslər nalayiq ifadələr işlədərək avtomobilə ardıcıl zərbələr endirməyə başlayıblar.

Avtomobilin qapıları, şüşələri, qanad hissələri, güzgüləri, faraları, bamperləri, kapotu, stop lampaları və digər hissələri müxtəlif alətlərlə vurularaq yararsız vəziyyətə salınıb.

Ekspertiza rəylərinə əsasən, avtomobilə vurulmuş maddi ziyanın məbləği 15 min 712 manat təşkil edib.
 

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxslər avtomobili dağıtmaqla kifayətlənməyərək zərərçəkmiş şəxsi avtomobildən zorla çıxarıblar. Bundan sonra Habil bir neçə nəfər tərəfindən eyni vaxtda döyülüb. Təqsirləndirilən şəxslər ona beyzbol toxmaqları, əl və ayaq ilə zərbələr endiriblər.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxs hadisə nəticəsində baş, üz, əl və bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb.

Ekspertiza onun baş nahiyəsində əmələ gəlmiş əzilmiş-cırılmış yaranın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti olduğunu müəyyən edib.

Bundan başqa, zərərçəkmiş şəxsin bədəninin müxtəlif hissələrində qançırlar, sıyrıqlar və digər xəsarətlər aşkar edilib.

İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxslər bir qrup şəxs halında hərəkət etməklə, silah qismində istifadə olunan əşyalardan istifadə edib, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO